Azərbaycanın basketbol üzrə qızlardan ibarət millisi ilk dəfə iştirak etdiyi Avropa çempionatının qrup mərhələsini uğurlu başa vurub.
Fanat.Az xəbər verir ki, B divizionunda yarışan U-18 qrupdakı son oyunda Kosovo seçməsi ilə qarşılaşıb.
Evren Alkayanın baş məşqçisi olduğu millimiz rəqibini üstələyib - 62:54 (15:11, 17:14, 10:15, 20:14).
Beləliklə, bu qələbə sayəsində üçüncü yeri tutan U-18 növbəti mərhələyə yüksəlib. Azərbaycan millisi 9-16-cı yerlər uğrunda mübarizəni davam etdirəcək.
Qeyd edək ki, millimiz qrupda Kosova ilə yanaşı, İslandiya (86:79) ilə Bosniya və Herseqovina (83:81) yığmalarını da məğlub edib, Ukrayna (65:78) və Litvaya (31:82) isə uduzub.