Almaniyanın Regional Liqasında çıxış edən Berlin "Dinamo"sunun futbolçusu Rüfət Dadaşov yenidən Azərbaycan milli komandasında oynamaq istəyir. Fanat.Az xəbər verir ki, 26 yaşı futbolçu bu barədə "Pressreader" nəşrinə müsahibəsində deyib.
O, yığmamıza cəlb olunmasından danışıb: "Azərbaycan millisində 2013-cü ildə debüt etmişdim. Bu, əla idi idi. O, vaxt "Kayzerslautern" ikinci komandasında oynayırdım. Milliyə çağırıldığımı eşidəndə çox təəccüblənmişdim. Foqts məni əvvəlcə təlim-məşq toplanışına çağırdı, sonra isə növbəti oyunda start heyətdə meydana buraxdı. İkinci oyunumda Qətərin qapısından bir, üçüncü matçımda isə Maltanın qapısından iki top keçirdim. Hər üç qolu yoldaşlıq görüşündə vurdum. Daha sonra Şimali İrlandiya ilə dünya çempionatının seçmə qrup oyununda fərqləndim".
Rüfət bildirib ki, onun üçün ən önəmli görüş "AVRO-2016"da İtaliya ilə matçda Canluici Buffona qarşı oynaması olub: "Bu, inanılmaz hiss idi. Hər şey heç də televiziyaya baxdığın kimi deyildi. Oyundan sonra Buffondan formasını da almışdım. Ancaq bu mənim yığmadakı son oyunlarımdan biri idi".
Qeyd edək ki, Dadaşov Azərbaycan millisində keçirdiyi 16 oyunda 4 qol vurub. 26 yaşlı hücumçu cari mövsümdə "Dinamo"nun heyətində keçirdiyi 13 rəsmi oyunda 11 qola imza atıb.
Fanat.Az