"Qarabağ"ın futbolçusu Dino Ndlovu Cənubi Afrika Respublikası (CAR) millisinə çağırılıb. Fanat.Az xəbər verir ki, baş məşqçi Stüart Bakster onun adını 26 nəfərlik siyahıya salıb.
Dino Seneqalla baş tutacaq oyunlara dəvət alıb. CAR yığması ilk oyunu noyabrın 10-da evdə keçirəcək. Əslində bu qarşılaşma ötən il oynanılıb. Lakin FIFA CAR-ın 2:1 hesablı qələbə qazandığı matçın nəticəsini hakimin şübhəli qərarları səbəbindən ləğv edib. Komandalar arasında cavab qarşılaşması noyabrın 14-də Dakarda baş tutacaq.
Qeyd edək ki, Seneqal millisi 4 oyundan sonra 8 xalla "DÇ-2018"in seçmə mərhələsinin Afrika zlonasının D qrupuna başçılıq edir. Burkina Faso və Kabo Verdenin 5 oyundan sonra 6 xalı var. 4 oyun keçirən CAR isə 4 xalla son pillədə qərarlaşıb. CAR hər iki oyunda qələbə qazansa, qrup lideri kimi Dünya çempionatına vəsiqə qazanacaq.
Fanat.Az