Serbiya millisi "DÇ-2018"ə vəsiqə qazansa da, komandanın baş məşqçisi Slavolyub Muslin istefaya göndərilib. Fanat.Az xəbər verir ki, buna səbəb onun Serbiya Futbol Federasiyasının prezidenti Slavişa Kokezanın istəyini yerinə yetirməməsi olub.
Belə ki, həvəskar səviyyədə futbol oynayan Slavisa Kokeza oktyabrın 9-da Gürcüstanla keçirilən seçmə mərhələnin son matçında milliyə dəvət olunmasını istəyib. Lakin Slavolyub Muslin bundan imtina edib. Bu səbəbdən də seçmə mərhələ başa çatandan sonra baş məşqçi qovulub.
Yerli mətbuata açıqlama verən Slavişa Kokeza iddiaları təkzib edib: "Məndən və federasiyadan pul qoparmağa çalışırlar. Pul vermək istəmədiyim üçün yalanlar ortaya çıxır. Geri çəkilməyəcəm".
Veteran futbolçu, hazırda menecerlik edən Matey Kejman isə baş məşqçinin milli komandaya futbolçu dəvət etmək üçün rüşvət istədiyini iddia edib.
Bu iddiaya cavab verən Slavolyub Muslin "Məhkəmədə görüşərik. İddiaları dilə gətirən insanlar onu sübut etməlidi. Mən həqiqətləri dedim, o isə proqnozlar verir" deyib.
Fanat.Az