19 yaşlılardan ibarət Asiya çempionatı çərçivəsində baş tutan Qətər - İraq görüşündə nadir hallarda rast gəlinən olat yaşanıb.
Fanat.Az xəbər verir ki, görüşün əsas və əlavə vaxtları 1:1 hesabı ilə yekunlaşdığından komandalar qalibi penaltilər seriyasında müəyyənləşdirməli olub. 5-ci penaltidə Qətərin qapıçısı Mamduh iraqlı Muntadir Mohammedin fərqlənməsinə mane olub.
Bundan sonra qətərlilər qrup liderliyini bayram edərkən özbək hakim Aziz Asimov qapıçının zərbə zamanı irəli çıxdığını bildirərək həmin penaltinin təkrar yerinə yetirilməsi ilə bağlı qərar verib. Üstəlik əsas vaxtda sarı vərəqə almış qapıçını ikinci "sarı" ilə meydandan qovub. Belədə qapıya Qətər yığmasının kapitanı Nasser Abdulsalam keçib. Dördüncü penalti zərbəsini qola çevirmiş kapitan, Mohammedin fərqlənməsinə imkan verməyərək topu ayaqları ilə qaytarıb və Qətər qrup lideri olub.
Fanat.Az