Hollandiya millisinin baş məşqçisi Dik Advokat vəzifəsindən gedib.
Fanat.Az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyasının rəsmi saytı məlumat yayıb.
70 yaşlı mütəxəssis dekabrın 1-i başa çatacaq müqaviləni uzatmadığını bildirib.
Qeyd edək ki, Advokat bu ilin yazında milliyə baş məşqçi təyin olunmuşdu. Onun komandası DÇ-2018-ə vəsiqə qazana bilməyib.
Fanat.Az