İtaliya millisinin nifrət hədəfinə çevrilən baş məşqçi Campyero Ventura hamını təəccübləndirib.
Fanat.Az xəbər verir ki, onun rəhbərliyi altında İtaliya millisi son 60 ildə ilk dəfə dünya çempionatından kənarda qalıb.
Buna təəssüfləndiyini bildirən çalışdırıcı özünü belə təmizə çıxarıb:
"Bəli, İtaliya dünya çempionatında olmayacaq. Mundial baxımlılığını itirəcək. Amma bu reallıqdı. Mən nə edə bilərəm? Azarkeşlərdən üzr istəyirəm. Amma mənim rəhbərliyim altında komanda son 40 ilin ən yaxşı nəticəsini göstərdi. Cəmi iki oyunda uduzmuşuq".
Bu yerdə Ventura səhvə yol verib. Onun rəhbərliyi altında İtaliya millisi 17 oyun keçirib, 10 oyunda qələbə qazanıb, 4 oyunda isə heç-heçəyə razılaşıb. 3 qarşılaşma isə İtaliyanın məğlubiyyəti ilə nəticələnib.
Fanat.Az