İtaliya millisinin baş məşqçisi Campyero Ventura istefaya gedib.
Fanat.Az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyasının rəsmi saytı məlumat yayıb.
Onun istefasına İtaliya yığmasının 60 ildən sonra ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməməsi səbəb oldu
Qeyd edək ki, Ventura İtaliya millisinə 2016-cı ilin iyun ayından rəhbərlik edirdi. İtaliya yığması onun rəhbərliyi altında 17 oyun keçirib, 10 qələbə qazanıb, 4 dəfə heç-heçəyə razılaşıb, 3 məğlubiyyətə üzülüb.
Fanat.Az