"DÇ-2018"in final mərhələsinə vəsiqə qazanan sonuncu komanda müəyyənləşib. Fanat.Az xəbər verir ki, bu vəsiqənin sahibi qitələrarası pley-off mərhələsində bəlli olub.
Cənubi Amerika zonasında çıxış edən Peru və Okeaniya təmsilçisi Yeni Zelandiya mundiala 32-ci vəsiqə uğrunda mübarizə aparıb. Sonuncuların meydanındakı ilk görüşdə qalib müəyyənləşməsə də, Peru yığması evdə cütün taleyini xeyrinə həll edib.
Cənubi amerikalılar 2:0 hesablı qələbə ilə DÇ-2018-ə vəsiqə qazanıb. Hər hissədə bir qol vuran perulular 1982-ci ildəki uğurunu 36 il sonra təkrarlayıb.
DÇ-2018
Qitələrarası pley-off
Cavab oyunu
Peru - Yeni Zelandiya 2:0
Qollar: Cefferson Farfan, 28. Kristian Gilyerme Ramos, 65.
Fanat.Az