Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı davam edir. Fanat.Az xəbər verir ki, komandamız toplanış çərçivəsində yoxlama oyunu keçirib.
BƏƏ-nin müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşan yığmamız 3:0 hesabı ilə qələbə qazanıb. Qolları Anna Abulaşvili, Nigar Mirzəliyeva və Umnisə Əliyeva vurub.
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyunda da komandamız qalib gəlmişdi – 2:0.
Fanat.Az