Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışını davam etdirən 17 yaşadək qızlardan ibarət Azərbaycan millisi bu ölkənin müvafiq yaş qrupundan ibarət yığma komandası ilə növbəti yoldaşlıq oyunu keçirib.
Fanat.Az xəbər verir ki, millimizin 4:0 hesablı qələbəsi ilə başa çatan oyunda qolları Nigar Mirzəliyeva, Melis Ersoy, Alina Nəhmədova və Aslan Beyzanur vurub.
Qeyd edək ki, millimiz bundan əvvəl eyni komandaya 2:0 və 3:0 hesabı ilə qalib gəlmişdi.
Fanat.Az