18 yaşadək futbolçulardan ibarət milli komandamıza məşqçi təyin edilib. Fanat.az aut.az-a istinadən xəbər verir ki, Azər Məmmədov baş məşqçi Zaur Həşimovun köməkçisi təyin elilib.
41 yaşlı Azər Məmmədov karyerası ərzində "Kəpəz", "Xəzri", MOİK, "Şəmkir", "Turan", "Qarabağ" və "Qəbələ"də çıxış edib, 2001-2006-cı illərdə milli komandada 12 oyun keçirib. O, bir müddət Zaur Həşimovla birlikdə "Qarabağ"da forma geyinib.
17 yaşadək futbolçulardan ibarət milli komandamızda da məşqçi təyinatı olub. Arslan Quliyev U-17-də köməkçi-məşqçi işləyəcək. O, baş məşqçi Ramin Quliyevin köməkçisi olacaq. Arslan Quliyev "Neftçi"nin aşağı yaş qruplarında məşqçi işləyib.
Qeyd edək ki, Aleksandr Qross da U-17-yə məşqçi təyin edilib.
Fanat.Az