Türkiyədə təlim-məşq toplanışı keçirəcək Azərbaycan millisinin hazırlıq proqramında dəyişiklik baş verib.
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun komandasının yoxlama görüşü keçirəcəyi Gürcüstan yığmasının Antalyada təşkil olunması nəzərdə tutulan toplanışı ləğv edilib.
Bu səbəbdən fevralın 2-də keçirilməsi planlaşdırılan Azərbaycan – Gürcüstan oyunu baş tutmayacaq.
AFFA və Gürcüstan Futbol Federasiyası arasında aparılan danışıqlara əsasən, bu il ərzində FİFA-nın müvafiq oyun günlərinin birində Azərbaycan və Gürcüstan milliləri arasında yoldaşlıq matçı keçirilə bilər.
Fanat.Az