Ozancan Kökcü 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının (U-21) Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışında iştirak etməyəcək.
Fanat.Az xəbər verir ki, futbolçunun milliyə cəlb olunması ilə bağlı öncədən klubu "Vaalveyk"lə razılıq əldə olunsa da, dünəndən çempionatın II dövrəsinin başlanmasını əsas gətirən Hollandiya təmsilçisinin rəhbərliyi Kökcünün yığmanın toplanışına qatılmasına icazə verməyib.
Qeyd edək ki, müqavilə ilə "Bursaspor”a məxsus olan Ozancan Kökcü bir müddət əvvəl U-21 millimizdən imtina etmiş, lakin sonradan səhv etdiyini deyərək yığmamıza qayıtmaq istədiyini bildirmişdi.
Fanat.Az