Futzal üzrə Azərbaycan və İran millilərinin oyunlarına təyinatlar açıqlanıb. Fanat.Az xəbər verir ki, Avropa çempionatının final mərhələsinə hazırlığını Bakıda davam etdirən yığmamız asiyalılarla 2 dəfə görüşəcək.
Yanvarın 23-də və 24-də baş tutacaq görüşləri fərqli hakimlər idarə edəcək. İlk matçda Yusif Nurullayev, ikinci görüşdə Elçin Səmədli baş hakim olacaq.
Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək hər iki qarşılaşma saat 21:00-da başlayacaq.
23 yanvar
21.00 Azərbaycan - İran
Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Ramil Namazov.
24 yanvar
21.00 Azərbaycan - İran
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev.
Fanat.Az