UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Malta yığmasının baş məşqçisi Tom Saintfit açıqlama verib. Fanat.Az xəbər verir ki, püşkü dəyərləndirən 45 yaşlı belçikalı mütəxəssis onları çətin matçların gözləydiyini bildirib:
"Bir tərəfdən sevindim, digər tərəfdən qrupumuzun çətin olduğunu anlayıram. Ən azından 1-2 oyunu udmağa çalışacağıq. Öz səviyyəmizdə olan komandalarla qarşılaşmaq maraqlıdı. Azərbaycan hazırda FIFA reytinqində 118-ci pillədədi. Farer adaları kiçik ölkə olsa da, sərt rəqibdir. Gərək, Kosova yığmasını öyrənək. Biz oyun tərzimizi dəyişə və daha pozitiv, hücum futbolu sərgiləyə bilərik. Bu da öz növbəsində, qolların və xalların sayında özünü göstərəcək. Bu, bizim məqsədimizdir. Rəqiblərimizi zəif hesab etmirik”.
Qeyd edək ki, D Liqasında mübarizə aparacaq Azərbaycan millisi Malta, Kosovo və Farer adaları yığmaları ilə birgə III qrupda yer alıb.
Fanat.Az