21:48 26.01.2018 1826

Rəşad Sadıqov: \"Qriqorçuka nəsə deməyim düzgün çıxmaz\"

Azərbaycan U-21 millisi Antalya toplanışı çərçivəsində keçirdiyi son yoxlama oyununda Albaniyadan olan həmyaşıdlarına qalib gəldi - 1:0. Oyundan sonra komadamızın baş məşqçisi jurnalistlərin suallarını cavablıandırıb.

- Antalyada son oyunumuz oldu. Fikrimcə, uşaqlar oyundan oyuna artırdılar, daha inamlı idilər, öz oyunların tapdılar. Razı qaldım. Söhbət nəticədən getmir. Mənim üçün əsas olan oyun idi ki, ondan da razıyam. 

- Bu oyun o birilərindən nə ilə fərqləndi?
- Xüsusən futbolçularımız inamlı oynadılar. Birinci hissədən sonra uşaqlara iradlarım oldu. Çünki müəyyən qədər çəkingənlik var idi. Amma ikinci hissədə daha inamlı oynamağa, topla daha rahat rəftar eləməyə, kombinassiyalı oynamağa başladılar. 

- Rəqib xüsusilə aqressiv göründü. Bu nəylə əlaqədar ola bilər?
- Rəqibin ümumiyyətlə oyun üslubu belədi. Bu aqressivlik hesabına Avropa çempionatına vəsiqə qazanmışdılar. Albanlar futbolda çox aqressivdi. Əsas xüsusiyyətləri də budu. Alban komandalarına qarşı bütün oyunlarımızda bunu görmüşük. 

- Qeyd etdiniz ki, ilk hissədə istədiyini görmədin? Bu nəylə bağlı idi? Psixoloji gərginlik var idi, ilk oyunda bu rəqibə uduzduğumuz üçün çəkingənlik var idi, yoxsa...
- Düşünmürəm ondan qaynaqlanırdı. Rəqib çoxlu pressinq tətbiq edən komanda idi. Bu tip rəqiblərə qarşı ilk yarı həmişə ağır keçir. Nə qədər gücləri var pressinq tətbiq edirlər. Sadəcə bir az səbrli, ağıllı olmaq lazımdı. İlk hissədə bir az top itkiləri oldu. Bundan sonra başladı inamsızlıq yaranmağa. Rəqib əsasən pressinq tətbiq edərək topu ələ keçirməyə və üstümüzə gəlməyə, uzun ötürmələrlə hücuma çıxmaq istəyirdi. Amma ikinci hissədə daha inamlı oynamağa başladıq. Birinci yarıda əgər 3 metr məsafəmizdə oyunçu varsa, pas vermirdik. Fasilədə uşaqlara dedim ki, pas verin, topu itirməkdən qorxmayın. İkinci hissədə bunu uşaqlarda gördüm və məni çox sevindirdi.

- Yəqin ki, yoxlama oyunlarda seçilən, razı qaldığınız futbolçular oldu. Onların klub məşqçiləri ilə heyətdə yer almaları ilə bağlı sözbətləriniz olacaq? Məsələn, Hacıağa Hacılı. Onun bu gün "Qəbələ"nin əsas heyətinə düşməsi çətin məsələdi. 
- Toplanışdan əvvəl də danışmışam. Elə məşqçilər var ki, münasibətimiz çox yaxşıdı. Danışırıq, müzakirə edirik. Ancaq bəziləriylə münasibət o qədər çox deyil, arada yaş məsələsi də var. Məsələn, etik olaraq "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuka nəsə deməyim düzgün çıxmaz. O da yəqin ki, görür. Əgər Hacıağa məşqlərdə özünü bu oyunlardakı kimi göstərə bilsə, inanıram ki, şans qazanacaq. Təkcə o deyil. Mən bütün uşaqlardan razıyam. Hər biri klubunda möhkəmlənməlidi. Məşqdə özlərini məşqçinin gözünə "soxmalıdılar” ki, şans qazansınlar. Bu yolu davam etdirməyin şərtlərindən biri klubda daim oynamaqdı.

- Qurban Qurbanov ilk dəfə millinin heyətini açıqladı. Çağırılanların arasında öz davamçınız olaraq kimi görürsən?
- Millidəki mərkəz müdafiəçilərinin hər birinin yaxşı potensialı var. Özlərinə inansalar və klublarında möhkəmlənsələr, yaxşı futbolçu ola bilərlər. Hər biri bu yolu davam etdirmək gücündədi.

- İlk dəfə həm məşqçi, həm də futbolçu kimi toplanışda oldun. Necə hiss etdin özünü?
- Çox çətin idi. "Qarabağ”da da belə olurdu: həm məşq keçirdim, həm oynayırdım. Amma toplanış tam fərqlidi. Xüsusilə də U-21 komandası. Çünki burda daha məsuliyyətli olmalısan. Çalışırdım ki, bütün məşqlərdə iştirak edə bilim. Planı buna uyğun qururdum. Düşünürəm ki, çətin də olsa, bu işin öhdəsindən gələ bildik.

- Sabahdan "Qarabağ”da məşqçi əvəzi olacaqsan...
- Məşqçi əvəzi deyəndə ki, komandada təcrübəli oyunçular çoxdu. Onlardan biri də mənəm. Bu gün əgər məşqçimiz yoxdusa, bütün futbolçular həmin məsuliyyəti dərk edəcəklər. Biz də bir böyük kimi onların yanında olacağıq.

- Belə enerji paylanması səni yormayacaq ki?
- Bu sualı Qurban müəllimə verin (gülür).

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

09:00

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X