Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov 21 yaşadək futbolçulardan ibarət millimizin Antalyada Albaniya ilə keçirdiyi yoxlama oyununu canlı izləyib. Komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatan oyundan sonra Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
- Bu oyun və U-21 yığmamızın baça çatan toplanışı haqda fikirlərinizi bildirərdiniz...
- Açığı, oyunu çox bəyəndim. Əsas da futbolçularda nizam-intizamını. Həm oyun, həm də oyundankənar. Düzü, istəmirdim ki, oyun bitsin. Matçın sonlarına yaxşı mübarizə daha da artmışdı və bu səbəbdən qarşılaşmanın bir az davam etməsini istəyirdim. Belə oyunlar vacibdi və hissi olundu ki, Albaniya yığması xarakterli komandadı. Uduzmağı xoşlamırdılar. Bunu oyunda gördünüz, baş məşqçisi hakimə etiraz olaraq meydana daxil oldu. Belə hallarda futbolçularımızın özünü necə aparmasını daha çox bəyəndim. Yığmamız layiqli qələbə qazandı. İlk oyunda da məğlub olmalarına baxmayaraq yaxşı oynamışdılar. Komandamızın oyunundan xoşuma gəldi. Üçüncü matçlarına baxıram və meydanda düşündüklərini oyundan-oyuna daha da yaxşılaşdırırlar, daha yaxşı yerinə yetirmək istəyirlər.
- U-21 yığmamız Antalyada 4 oyun keçirdi və bu matçları izləmisininz. Bu ən çox tənqid olunan yığma idi. İndi bu futbolçulara baxanda, necə düşünürsünüz, əsas yığmaya yüksələ bilərlərmi?
- Oyunçular var ki, onlarla maraqlanıram. Bu gün desəm ki, bu futbolçular gələcəkdə mütləq millidə oynayacaq, yanılaram. Ancaq belə iş davam etsə, özlərini göstərməkdə davam etsələr, daha da irəli gedə bilərlər. Bu, təkcə millidə olan vaxtdan getmir, gərək millidən kənarda da vaxtlarını düzgün istifadə etsinlər, futbola daha çox vaxt ayırsınlar. Vacib olan budu. Düşünürəm ki, U-21 yığmamızın baş məşqçisi Rəşad Sadıqov hər bir futbolçulalarıyla maraqlanacaq. O, həm klubları, həm də məşqləri ilə bağlı çox ünsiyyətdətdə olur. Futbolçuların burda oynadıqları əsas yığma üçün bəs etməz. Gərək daha çox çalışsınlar. Əvəvlcə öz klublarında əsas heyətə düşsünlər, sonra millinin qapıları hər biri üçün açıqdı. Təki özlərini yaxşı tərəfdən göstərsinlər.
- Anton Krivotsyukla Bəhlul Mustafazadə ilk dəfə əsas yığmaya çağırıldı. Rəşad Sadıqov onlar haqda müsbət fikirlərini bildirdi. Bəhlulla Antonun dəvəti gələcək üçün nəzərdə tutulub, yoxsa artıq indi xeyir verə bilərlər? Onu nəzərə alaq ki, yığmada mərkəz müdafiəçisi ilə bağlı problem var. Rəşad artıq yığmada deyil, Bədavi Hüseynov isə zədəlidi...
- Həmin gənc futbolçular üzərində daha çox çalışmağımız laızm olacaq. Desəm ki, onlar dərhal millinin əsas heyətində olacaqlar, düzgün olmaz. Bu zaman özlərini narahat hiss edə bilərlər. İstədim ki, onları daha yaxından tanıyım. Bacarıqları, potensialları var. Əsas yığmanın ab-havasını, oyununu, ordakı tələbləri indiən hiss etmələrini istədim. Düşünürəm ki, yavaş-yavaş təcrübəli futbolçuların yanında az müddətdə daha tez inkişaf edə bilərlər.
Fanat.Az