Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Polşanın "Legiya” klubuna keçidi rəsmiləşib.
Fanat.Az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
23 yaşlı futbolçu Polşa çempionu ilə 3+1 illik müqavilə bağlayıb. Mahir yeni komandasında "11” nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Azərbaycan millisində 26 oyuna çıxan və 4 qola imza atan Mahir Emreli, 2015-ci ildən "Qarabağ”ın uğurları üçün çalışırdı. Ağdam klubu ilə müqaviləsinin müddəti bu yay başa çatan hücumçu "Legiya”ya azad agent statusu ilə keçib.
Fanat.Az