"Bu dəfə məni çağırmağı uyğun sayıblar. Yığmada oynamağa həmişə hazıram”. Fanat.Az xəbər verir ki, bu sözləri Belarus millisinin və "Astana”nın sağ cinah müdafiəçisi İqor Şitov deyib.
Bu ay Azərbaycan və Sloveniya ilə yoldaşlıq oyunlarına çıxacaq millinin 31 yaşlı üzvü Qazaxıstan mətbuatına açıqlama verib: "Ötən il yığmanın bir neçə matçından kənarda qaldım. Anlayışla qarşılayıram. Bu, məşqçilər korpusunun qərarı idi. Şadam ki, yenidən dəvətliyəm. İlk yoxlama oyunumuzu Bakıda keçirəcəyik. Martın 23-də Azərbaycanla qarşılaşdıqdan sonra Lyublyanaya yollanacağıq. Çünki ayın 27-də Sloveniya ilə yoldaşlıq matçı keçirəcəyik. Düşünürəm ki, bizi çox maraqlı oyunlar gözləyir”.
Qeyd edək ki, İqor Şitov 2008-ci ildən dəvət aldığı Belarus millisində 54 oyunda 1 qola imza atıb.
Fanat.Az