Azərbaycan millisinin futblçusu Renat Dadaşov Almaniyanın "Ayntraxt" klubundan ayrılıb. Fanat.Az xəbər verir ki, 18 yaşlı hücumçu hazırda qardaşı Rüfət Dadaşovun formasını geyindiyi Berlin "Dinamo”sunun düşərgəsindədi.
O, formasını qorumaq üçün Regional Liqanın Şimal-Şərq zonasında mübarizə aparan paytaxt təmsilçisinin məşqlərinə qatılır. Bu yaxınlarda komanda yoldaşını döydüyü üçün heyətdən uzaqlaşdırılan gənc oyunçuya özünə yeni klub axtarmaq tapşırığı verilib. Belə ki, Frankfurt təmsilçisi onu saxlamaqda maraqlı deyil. Bu səbəbdən rəhbərlik 18 yaşlı futbolçuya azad agent statusu verməyə də hazırdı.
Qeyd edək ki, Dadaşovun Frankfurt təmsilçisi ilə 2020-ci ilin iyununadək müqaviləsi var.
Fanat.Az