16:28 29.03.2018 1592

Joze Alesio da Silva: “Məqsəd maksimum nəticə əldə etməkdi”

Xəbər verdiyimiz kimi, gələn ay Bakıda Türk Universiadası keçiriləcək ki, oyunların proqramına daxil edilən idman növlərindən biri də futzaldı.
 
Türkiyə, Qazaxıstan və Qırğızıstanla qalib adı uğrunda mübarizə aparacaq millimiz bu gündən etibarən hazırlığa başlayıb. Komandanı yarışa millimizin baş məşqçi Joze Alesio da Silva və köməkçi-məşqçi Namiq Quliyev hazırlayacaq. Braziliyalı mütəxəssis hazırlıq planı ilə bağlı AFF-nin rəsmi səhifəsinə danışıb.
 
Fanat.Az həmin açıqlamanı nəzərinizə çatdırır:
 
"Məşqlərə bu gün başlamışıq. İlkin heyətimiz də məlumdu. Düzdü, yekunda bizə 10 oyunçu və 2 qapıçı lazımdı. Amma heyətə 18 futzalçı dəvət etmişik. İndiki məqamda toplanış həm də seleksiya xarakteri daşıyır. Vaxtımız çox azdı. Bir qədər əvvəldən toplanışa başlamaq istərdik, amma bayramlar buna imkan vermədi. Çalışacağıq qarşıdakı günlərdən maksimum istifadə edək”.

Rəqiblərimiz məlumdu. Türkiyə və Qırğızıstanı deyə bilmərəm, amma Qazaxıstanı yaxşı tanıyırsınız və potensialına bələdsiniz. Bu turnirdə millimizin şanslarını necə dəyərləndirirsiniz sualına braziliyalı mütəxəssisin cavabı bu cür oldu: "Çox çətin olacaq. Türkiyə və Qırğızıstan haqda məlumat toplayacağıq. Ancaq Qazaxıstanla matçın çox çətin keçəcəyi danılmazdı. Çünki onlar gənc futzalçılarınn yetişdirilməsi işinə çoxdan başlayıblar. 17-18 yaşlı oyunçular artıq "Kayrat”, "Ayat”, "Aktobe”, "Jetısu” kimi komandaların üzvləridir. Yəni qazaxlar işə əvvəldən başlayıblar və əllərinin altında müəyyən qədər hazır gənc futzalçılar var. Qazaxıstanda 2-3 ildi gənclər komandaları yaradılıb. Bura 17-21 yaşlı futzalçılar cəlb edilib. Bu da məşqçi üçün geniş seçim imkanı yaradır”. 

Açıqlanan heyətdə yer alan futzalçıların əksəriyyəti Yüksək Liqada çıxış edən oyunçulardı. Belədə şikayət etməyə bu qədər əsas varmı?: "Komanda ilə bağlı müəyyən planlarım, düşüncəm var. Bu yarışa ciddi hazırlaşacağıq. Çünki komandanın məqsədi maksimum nəticə əldə etməkdir. Yenə deyirəm, çətin olacaq, ancaq mümkünsüz iş yoxdu. Məşqlərdə müəyyən tapşırıqlar üzərində işləyəcəyik. Düzdü, hazırlıq keçdiyimiz müddətdə çempionat oyunları da keçiriləcək.. Ancaq bunun işimizə mane olmayacağına inanıram”.

Joze Alesion da Silva Birinci Liqada çıxış edən 17 yaşadək futzalçılardan ibarət Azərbaycan millisini nəzarətdə saxladığını qeyd etməklə yanaşı, bu yarışa o komandadan oyunçu dəvət etməməsinin səbəbini də açıqlayıb: "O komandada perspektivli uşaqlar var. Ancaq onların əksəriyyəti əvvəllər futbol oynayıblar. İndi-indi futzal oynamaq istəyirlər. Futbolla futzal isə fərqli idman oyunudu. Meydançadan tutmuş topa, oyun fəlsəfəsinə qədər bir-birindən fərqlənir. Ona görə də gənclər üzərlərində çox işləməlidirlər. Bu komandanın oyunlarını mümkün qədər izləyirəm, ehtiyac duyulduqda məsləhətlər verirəm. Hər dəfə də deyirəm ki, çalışın özünüzü inkişaf etdirəsiniz. Bunun üçün də çoxlu məşqlər etmək, məşqçilərin dediklərini qavramaq və onu tətbiq etməyə çalışmaq vacibdi”.

Fanat.Az 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

11 May 2025
01:50

İspaniya La Liqası: "Atletiko" qələbəni darmadağınla qazandı

00:53

Türkiyə Super Liqası: "Qalatasaray" rəqib meydanında coşdu

10 May 2025
23:56

İPL: “Mançester Siti” "Sauthempton"la bacarmadı

23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

Facebookdan bizi izləməyi unutmayın.
X