Rusiyada keçirilən "DÇ-2018" davam edir.
Fanat.Az xəbər verir ki, bu gün B qrupunda II turun oyunları keçirilir.
Qrupun ilk matçında Portuqaliya ilə Mərakeş üz-üzə gəlib. Mundiala qonşusu İspaniya ilə oyunla start verən pirineylilər Kriştiano Ronaldonun het-triki ilə matçdan bərabərliklə ayrılmışdı. Mərakeş isə İran qarşısında son dəqiqədə avtoqola üzülmüşdü. Afrikalılar bu dəfə də minimal hesabla üzülüb. Kriştiano Ronaldonun 4-cü dəqiqədə vurduğu qol oyunda yegan olub. Bununla da Mərakeş 1/8 finala çıxmaq şansını itirib.
Qrupun ikinci oyunu günün son matçı olub və İspaniya İranla qarşılaşıb. Mundialdakı ilk görüşündən sadəcə 2 gün öncə baş məşqçi dəyişikliyi edən "matadorlar” ən çətin rəqibi Portuqaliyadan 1 xal almağı bacarmışdı. İran millisi isə son dəqiqədə 3 xal aldığı Mərakeşdən sonra sürpriz axtarışında idi. Amma bu baş verməyib və İspaniya çətin də olsa, qələbə qazanıb. Matçın yeganə qoluna Dieqo Kosta imza atıb.
DÇ-2018
B qrupu
II tur
20 iyun
Portuqaliya - Mərakeş 1:0
Qol: Kriştiano Ronaldo, 4.
Portuqaliya: 1. Rui Patrisio, 3. Pepe, 5. Rafael Querreyro, 6. Joze Fonte, 21. Kedrik Soares, 8. Joao Moutinyo (9. Andre Silva, 89), 10. Joao Mario (16. Bruno Fernandes, 70), 11. Bernardo Silva (18. Gelson Martins, 59), 14. Villyam Karvalyo, 7. Kriştiano Ronaldo, 17. Qonçalo Quedes.
Ehtiyat oyunçular: 12. Antoni Lopes, 22. Beto, 2. Bruno Alveş, 4. Manuel Fernandes, 13. Ruben Dias, 15. Rikardo Pereyra, 19. Mario Rui, 20. Rikardo Kuareşma, 23. Adrien Silva.
Baş məşqçi: Fernando Santos.
Mərakeş: 12. Munir, 2. Aşraf Hakimi, 4. Manuel da Kosta, 5. Medhi Benatiya, 7. Hakim Ziyeç, 8. Karim El Ahmadi (11. Faysal Facr, 86), 10. Yunes Belhanda (23. Mehdi Karsela, 75), 14. Mbark Boussufa, 17. Nabil Dirar, 13. Xalid Butaib (9. Ayub El Kaabi, 70), 16. Nordin Amrabat.
Ehtiyat oyunçular: 1. Bono, 22. Ahmed Reda Taqnaouti, 3. Hamza Mendil, 6. Romain Saiss, 18. Amine Harit, 19. Yussef En Nesyri, 20. Aziz Bouhaddouz, 21. Sofyan Amrabat.
Baş məşqçi: Herve Renard.
Sarı vərəqələr: Andre Silva, 90+2 - Medhi Benatiya, 40.
Baş hakim: Mark Giger (ABŞ).
Moskva. "Lujniki stadionu”.
İran - İspaniya 0:1
Qol: Dieqo Kosta, 54.
İran: 1 Əli Beyrənvənd, 3. Ehsan Hacı Səfi (5. Milad Məhəmmədi, 69), 6. S. Səid Ezatullahi, 8. Morteza Purəligənci, 9. Ümid İbrahimi, 10. Kərim Ənsərifərd (18. Əlirza Cahanbaxış, 74), 11. Vahid Əmiri (14. Saman Qoddos, 86), 17. Mehdi Taremi, 19. Məcid Hüseyni, 20. Sərdar Azmun, 23. Ramin Rezaiyan
Ehtiyat oyunçular: 12. Rəşid Məzahiri, 22. Əmir Əbidzadə, 2. Mehdi Turabi, 7. Məsud Şocaei, 13. Məhəmməd Rza Xanzadə, 15. Peyman Müntəzəri, 16. Rza Qoçannejad, 21. Aşkan Deyagah.
Baş məşqçi: Karlos Queyroz.
İspaniya: 1. David de Xea, 2. Dani Karvaxal, 3. Xerard Pike, 5. Serxio Buskets, 6. Andres İnyesta (8. Koke, 71), 11. Lukas Vaskes (20. Marko Asensio, 79), 15. Serxio Ramos, 18. Xordi Alba, 19. Dieqo Kosta (9. Rodriqo, 89), 21. David Silva, 22. İsko
Ehtiyat oyunçular: 13. Kepa Arrizabalaqa, 23. Pepe Reyna, 4. Naço Fernandes, 7. Saul Niguez, 10. Tyaqo Alkantara, 12. Alvaro Odriozola, 14. Sezar Azpilikueta, 16. Naço Monreal, 17. İaqo Aspas.
Baş məşqçi: Fernando Yerro.
Sarı vərəqələr: Vahid Əmiri, 74. Ümid İbrahimi, 90+2.
Baş hakim: Andres Kunya (Uruqvay).
Kazan. "Kazan Arena”.
1 |
Portuqaliya |
2 |
1 |
1 |
0 |
4:3 |
4 |
2 |
İspaniya |
2 |
1 |
1 |
0 |
4:3 |
4 |
3 |
İran |
2 |
1 |
0 |
1 |
1:1 |
3 |
4 |
Mərakeş |
2 |
0 |
0 |
2 |
0:3 |
0 |
Fanat.Az