Dünya çempionatında iştirak edən Rusiya millisi üçün 20 milyon dollar mükafat ayrılıb.
Fanat.Az "Sport-Ekspress" xəbər verir ki, bu məbləğ iki oyuna görə oyunçu və məşqçi heyətinə ödəniləcək.
Məlumata görə, açılış oynunda Səudiyyə Ərəbistanı üzərində 5:0 hesablı qələbəyə görə komandaya 8 milyon dollar ayrılıb. Bunun 6 milyonu futbolçulara, 2 milyon dolları isə məşqçi və texniki heyətə ödənilib.
Misir üzərində 3:1 hesablı qələbə qazanaraq 1/8 finala vəsiqə qazanan komandaya bu matç üçün 12 milyon dollar ayrılıb. Bunun 9 milyonu futbolçuların, 3 milyon dolları məşqçi və texniki heyətinə payına düşüb.
Rusiya millisi 1/8 finala vəsiqəni təmin etdiyi üçün Uruqvayla qrupun son oyununa görə mükafat nəzərdə tutulmayıb. Komanda 1/8 final mərhələsini keçsə, əlavə 15 milyon dollar mükafat alacaq.
Fanat.Az