Dünya çempionatında uğursuz çıxış edən Argentina millisində "yarpaq tökümü" gözlənilir.
Fanat.Az xəbər verir ki, millinin bir neçə ulduzu dünya çempionatından sonra əsas komandadakı çıxışını başa vura bilər.
İddialara görə, Markos Roxo, Ever Baneqa, Lukas Biqliya, Serxio Aquero, Anxel Di Mariya və Xavyer Maskerano yığma karyeralarını bitirəcəklər. Həmçinin Lionel Messi və Qonzalo Hiquaynın da Argentina millisindən imtina edəcəyi deyilir.
Messi 2016-cı ildə keçirilən Amerika Kubokunun final matçındakı məğlubiyyətdn sonra Lionel Messi yığma karyerasını bitirdiyini açıqlamış, lakin 7 həftə sonra fikrindən dönmüşdü.
Qeyd edək ki, Argentina dünya çempionatının ilk oyununda İslandiya ilə heç-heçə edib (1:1), ardınca Xorvatiyaya uduzub (0:3).
Fanat.Az