Misir yığmasının baş məşqçisi Ektor Kuper istefaya göndərilib.
Fanat.Az xəbər verir ki, bu barədə Misir Futbol Federasiyasının tam tərkibli iclasda qərar qəbl edilib.
"Ektor Kuperin sayəsində 3 il sonra Afrika Millətlər Kubokuna, 28 il sonra isə dünya çempionatına vəsiqə qazandıq. Onun işini yüksək qiymətləndiririk" deyə federasiyanın açıqlamasında qeyd edilir.
Qeyd edək ki, Misir yığması dünya çempionatı Rusiya, Uruqvay və Səudiyyə Ərəbistanına uduzub. O, mundiala görə istefaya göndərilən ilk baş məşqçi olub.
Fanat.Az