"DÇ-2018"in H qrupunda Kolumbiya və Yaponiya milliləri 1/8 finala vəsiqə qazanıb, Yaponiya və Polşa qrupda qalıb. Halbuki, Yaponiya və Seneqal milliləri bütün göstəricilərdə bərabər olub. Hərəyə 1 qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə uduzan komandaların top fərqi də eynidi - 4:4. Bəs Seneqal niyə rupda qalıb.
Fanat.Az xəbər verir ki, Yaponiya feyr-pley xalları hesabına qrupdan çıxıb. Bu dünya çempionatları tarixində ilk dəfə baş verib. Keçirdiyi 3 matçda 4 sarı vərəqə alan Yaponiya "-4”, 6 xəbərdarlığa səbəb olan afrikalılar "-6” xala malik olduğundan Asiya təmsilçisi 2-ci yeri tutub. Bu da onlara 1/8 finala vəsiqə qazandırıb.
Fanat.Az