DÇ-də Portuqaliyaya qol vuran azərbaycanlı: "Türk olmağımla fəxr edirəm"
İran millisinin azərbaycanlı futbolçusu Kərim Ənsarifərd İran televiziyasına açıqlama verib.
Fanat.Az xəbər verir ki, "DÇ-2018"in Portuqaliyanın qapısına qol vuran futbolçu türk olduğu üçün fəxr etdiyini bildirib:
"Ərdəbilli və türk olmağımla fəxr edirəm. Mən ərdəbilliyəm və bununla həmişə fəxr etmişəm. Oturub-durduğum hər yerdə türk olduğumu, Ərdəbil uşağı olduğumu vurğulamışam".