DÇ-2018 davam edir.
Günün ikinci matçında isə Belçika ilə Yaponiya qarşılaşıb. G qrupunda keçirdiyi 3 oyunda 3 qələbə qazanan "qırmızı şeytanlar” növbəti mərhələyə son anda "fair-play” qaydası ilə çıxan asiyalılar qarşısında favorit hesab olunurdu.
Hesabı açan "samuraylar" 4 dəqiqə sonra fərqi artırsa da, Martinesin yetirmələri nəyə qadir olduğunu ortaya qoymağı bacarıb. Uzatma dəqiqələrində 3-cü topu vuran avropalıların son 2 qoluna oyuna sonradan çıxan futbolçuların imza atması isə baş məşqçiyə baş ucalığı gətirib.
Belçikanın 1/4 finalda Braziliyaya rəqib olduğunu diqqətinizə çatdıraq.
DÇ-2018
1/8 final
2 iyul
Belçika – Yaponiya -3:2
Qollar: Vertongen, 70; Fellaini, 74; Şadli, 90+4 - Haraquçi, 48; İnui, 52
Sarı vərəqə: Şibasaki, 40
Baş hakim: Malanq Dyedyu (Seneqal)
Rostov, "Rostov Arena”
Belçika: 1. Tibo Kurtua, 4. Vensan Kompani, 2. Tobi Alderveyreld, 5. Yan Vertongen, 6. Aksel Vitsel, 7. Kevin De Bruyne, 9. Romelu Lukaku, 10. Eden Azar, 11. Yannik Karrasko, 14. Dris Mertens, 15. Tomas Meunier
Ehtiyat oyunçular: 12. Simon Minyole, 13. Koen Kastels, 20. Dedrik Boyata, 23. Leander Dendonker, 22. Naser Şadli,3. Tomas Vermalen, 8. Maruan Fellaini, 19. Mussa Dembele, 16. Torqan Azar, 17. Turi Tilemans, 18. Adnan Yanuzay, 21. Mişi Batşuayi
Baş məşqçi: Roberto Martines
Yaponiya: 1. Eydzi Kavaşima (k), 5. Yuto Naqatomo, 17. Makoto Hasebe, 3. Gen Şodzi, 22. Maya Yoşida, 19. Hiroki Sakai, 14. Takaşi İnui, 15. Yuya Osako, 7. Gaku Şibasaki, 8. Genki Haraquçi, 10. Şindzi Kaqava
Ehtiyat oyunçular: 12. Masaaki Hiqaşiquçi, 23. Kosuke Nakamura, 2. Naomiçi Ueda, 4. Keysuke Honda, 6. Vataru Endo, 18. Ryota Ohşima, 21. Qotoku Sakai, 9. Şindzi Okazaki, 11. Takaşi Usami, 13. Yoşinori Muto, 16. Hotaru Yamaquçi, 20. Tomoaki Makino
Baş məşqçi: Akira Nişino
Fanat.Az