Rusiyada keçirilən dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün mundialda 1/4 final oyunlarına start verilib.
İlk oyun günündə iki görüş baş tutacaq. Əvvəlcə Fransa ilə Uruqvay münasibətlərinə aydınlıq gətirib. 1/8 finalda Portuqaliya yığmasını yolundan kənarlaşdıran cənubi amerikalılar növbəti avropalı rəqibi önündə qəhrəmanlıq nümayiş etdirməyə çalışıb. Fransa millisi isə favoritlərindən hesab olunduğu dünya çempionatında Uruqvaya boyun əyməyib. Didye Deşamın komandası ilk yarıda Varanla hesabı açıbsa, fasilədən sonra Muslera təcrübəsinə yaraşmayan qol buracaraq həmyerlilərinin ümidlərinin üstündən xətt çəkib. Belə ki, Qrizmannın zərbəsindən sonra "Qalatasaray"ın qapıçısı topa yöndəmsiz reaksiya verərək qarşı tərəfi sevindirib.
Mundialın ilk yarımfinalçısı olan "xoruzlar" final uğrunda görüşdə Braziliya - Belçika cütünün qalibiylə qarşılaşacaq.
DÇ-2018
1/4 final
6 iyul
Uruqvay - Fransa 0:2
Qol: Varan, 40; Qrizmann, 61
Sarı vərəqələr: Bentankur, 38; Rodriges 69 - Ernandes, 33; Mbappe, 69
Uruqvay: 1. Fernando Muslera, 2. Xose Mariya Ximenes, 3. Dieqo Qodin (k.), 6. Rodriqo Bentankur, 8. Naytan Nandes, 9. Luis Suares, 11. Kristian Stuani, 14. Lukas Torreyra, 15. Matias Vesino, 17. Dieqo Laksalt, 22. Martin Kaseres.
Ehtiyat oyunçular: 12. Martin Kampanya, 23. Martin Silva, 4. Gilyermo Varela, 5. Karlos Sançes, 7. Kristian Rodriges, 10. Corcian de Arraskaeta, 13. Qaston Silva, 16. Maksimilyano Perreyra, 18. Maksimiliano Qomes, 19. Sebastyan Koates, 20. Conatan Urretabiskayya.
Baş məşqçi: Oskar Tabares.
Fransa: 1. Uqo Loris (k), 2. Benjamin Pavar, 4. Rafael Varan, 5. Samuel Umtiti, 6. Pol Poqba, 7. Antuan Qrizmann, 9. Olivye Jiru, 10. Kilian Mbappe, 12. Korentin Tolisso, 13. Nqolo Kante, 21. Lyuk Ernandes.
Ehtiyat oyunçular: 16. Stiv Mandanda, 23. Alfons Areola, 3. Prenel Kimpembe, 8. Toma Lemar, 11. Usman Dembele, 15. Stiven Nzonzi, 17. Adil Rami, 18. Nabil Fekir, 19. Cibril Sidibe, 20. Florian Toven, 22. Benjamin Mendi.
Baş məşqçi: Didye Deşam.
Hakimlər: Nestor Pitana, Ernan Maydana, Xuan Belatti (Argentina), Alireza Faqani (İran).
Nijni Novqorod. Nijni Novqorod stadionu.
Fanat.Az