Rusiyada keçirilən dünya çempionatının təqdimat mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, "Lujniki" stadionunda keçirilən final matçından sonra Fransa millisinə qızıl medallar və kubok, Xorvatiya yığmasına gümüş medallar təqdim edilib.
Güclü yağış altında keçirilən mərasimdə mükafatları FIFA prezidenti Canni İnfantino, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç təqdim edib.