19:02 06.09.2018 1405

Qurban Qurbanov: \"Onların fərdi bacarıqları bizi narahat edir\"

"Mənim gəlişimdən sonra ilk rəsmi oyuna hazırlaşırıq. Hər birimiz üçün ilk oyun çox vacibdi. Neçə gündü birgəyik. Rəqibin oyunlarına baxır, futbolçuları Kosovonun çıxışları ilə tanış edirik. Ümumilikdə, pis hazırlaşmamışıq. Futbolçularım çox istəklidilər. Baxmayaraq ki, ağır oyun olacaq. Yaxşı rəqibə qarşı mübarizə aparacağıq. Düşünürəm ki, futbolçularımızın hamısı sabah ən yaxşı oyunlarını sərgiləyəcək və meydanda sonadək mübarizə aparacaqlar. Rəqibin son üç oyununu izləmişik, çıxışları ilə lap yaxından tanış olmuşuq. Görüşlərin sayı az olsa da, hər bir futbolçunu yaxından tanımışıq. İnanıram ki, sabah azarkeşlərimizə ən azı maraqlı oyun nümayiş etdirə biləcəyik. Meydanda yaxşı mübarizənin və düşünülmüş oyunun getməsinə çalışacağıq”.


Fanat.Az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov Kosovo yığması ilə UEFA Avropa Liqasının ilk oyunundan əvvəl təşkil edilən mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:


- "Kosovonu necə məğlub edək” sualını düşünəndə, ilk əngəl nəyi görürsüz?
- Hər zaman öz oyunumuzu düşünürük. Əsas məsələ 90 dəqiqə istədiyimizi edib-etməməyimizdi. Ən başlıcası bizim aparıcı oyunçularımızın son vaxtıar az oynamalarıdı. Araz Abdullayevi, Ramil Şeydayevi qeyd edərdim. Futbolçuların oyun təcrübəsinin azlığı məni narahat edir. Amma oyunçulara inanıram, çox istəkli olduqlarını görürəm. Hər bir halda çalığşacağıq ki komanda əngəlləri hiss etməsin.


- Kosovo yığmasının əksər futbolçuları Avropa klublarında çıxış edir. Bu bizə nə dərəcədə təsir edəcək?
- Rəqibin futbolçularını analiz edirik və görürük ki stabil çıxış edirlər. Xüsusən də hücum xətti məhsuldarlığı ilə seçilir. Onların fərdi bacarıqları bizi narahat edir. Amma bizim üçün kollektiv oyun daha önəmlidi. Bunun sayəsində bunun qarşısını ala bilərik.


- Ramil Şeydayev və Riçard Almeydanın forması necədi?

- Normaldı. Şeydayevin oyun praktikası yoxdu. Amma Almeyda son matçlarda çıxış edib. Ümumən götürsək, vəziyyətləri yaxşıdı.


- Rəqib baş məşqçi Azərbaycanı qrupun favoriti sayır. Bu açıqlamalar arxayınlıq yaratmaz ki?
- İnanmıram. Rəqibin baş məşqçisinə təşəkkür edirəm. Rəqibə hörmətlə yanaşırıq.


- Sabah məcburi rotasiya olacaq?

- Bəli, olacaq.


- Amil Yunanov Şeydayevlə müqayisədə daha hazır formada deyil?
- Amil də son matçlarda az oynayıb. Hamı nəzarətimizdədi. Şeydayev yoxlama matçıarında meydana çıxıb. Hər bir futbolçunun yığmaya düşmək şansı var.


- "Qarabağ"ın futbolçuları istisna olmaqla digərləri yaxşı formada deyil. Bu, təsadüfdü?
- Millidə oyun təcrübəsi çatışmayan futbolçular həmişə olub. Bəziləri son vaxtlar az oynasa da, təcrübələri var. Onlara güvənərək motivasiya etməyə çalışıram.


- Rəqib ortada dəhliz açmağa meyillidi. Buna qarşı tədbir olacaq?
- Çox aqressiv komandadı. Yaxşı əks-hücumları var. Bizim də hücumlarımız olacaq və bundan istifadə etməyə çalışacağıq.


- Qrupda əsas rəqib Kosovonu saymaq olar?
- Hamımız belə düşünürük. Bizim kimi rəqiblər də ələ düşən bu fürsətdən yararlanmaq istəyirlər. Bu yarışa son şans kimi baxmaq bizim ziyanımıza ola bilər. Heyət baxımından Kosovo yığması daha çox dəyərləndirilir. Bu baxımdan Kosovoni favorit adlandırmaq olar. Amma MillətlərLiqası ilə heç nə bitmir. Bu cür düşünmək Azərbaycan futboluna zərbə olar. Kosovo cddi rəqibdi. Digər rəqibləri də qiymətləndirmək lazımdı.


- Rəşad Sadıqov baş məşqçi kimi oyuna çıxacaq. U-21 yığmamız İsrailə qalib gələ bilərmi?
- Uğurlar arzulayıram. Özümüz də oyuna baxacağıq. Qalib gəlmək həmişə mümkündü. Çox ciddi rəqibə qarşı oynayırlar. Bu gün futbolçuları motivasiya etməyə çalışırıq. Bunlar tam formalaşnandan sonra nəticələr də müsbət olacaq. Ən azından yaxşı oyun nümayiş etdirəcəklər. (Report)



 

 

Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

08 phrase_var_core.june 2025
01:50

Türkiyə millisi ABŞ yığmasını yendi

00:51

DÇ-2026: İngiltərə səfərdə 1, Niderland 2 qolla qazandı

07 phrase_var_core.june 2025
23:55

3×3 basketbol üzrə Azərbaycan yığması yarımfinalda

23:03

Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionu oldu

22:38

Azərbaycan yığması Qızıl Avropa Liqasında Monteneqroya da uduzdu

22:03

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

21:40

Azərbaycan millisi Gürcüstana set vermədən qalib gəldi

21:10

"Şamaxı" İsmayılovla müqavilə bağladı - RƏSMİ

20:46

"Neftçi"dən ayrılan hücumçu "Zirə"yə keçdi - RƏSMİ

20:18

"Qapıya zərbə vurmuruq" - Fernandu Santuş

19:56

"Liverpul"un sabiq futbolçusu Sequnda klubunda - RƏSMİ

19:12

Latviya - Azərbaycan matçının statistikası

18:51

Azərbaycan millisi Latviya ilə heç-heçə etdi

18:27

MS Qrilişi aldığından 3 dəfə ucuz satır - MƏBLƏĞ

17:58

Kevin De Bröyne İstanbul klubunun təklifi qarşısında "əridi" - SON DURUM

17:21

Qranit Caka İtaliya nəhənginə keçməyə yaxındır - SON DURUM

16:52

"İnter" braziliyalı futbolçu aldı - RƏSMİ

16:14

Jorjinyonun yeni klubu bəlli oldu - RƏSMİ

15:44

Osimhen yeni klubu ilə razılığa gəldi - SON DURUM

15:20

İtaliya millisinin başına tarixi ərzində belə hadisə gəlməmişdi - Antirekord

14:50

Dembele sevimli oyunçusunun adını dedi

14:16

Ançelottinin oğlunun yeni iş yeri bilindi

13:40

Niko Uilyams yekun qərarını verdi

13:11

Azərbaycan millisi ilk qələbə həsrətinə son qoya biləcək?

12:48

"Barselona"nın futbolçusu bu kluba keçmək üzrədir

11:56

"İndi beynəlxalq oyunlar üçün yaxşı vaxt deyil" - Tomas Tuxel

11:33

Azərbaycan basketbolçuları mübarizəyə başlayır

11:15

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:56

Donnarumma 0:3-ü belə şərh etdi

09:00

Spalletti Norveçdəki fiaskodan sonra nə danışdı?

00:57

DÇ-2026: İtaliya darmadağın oldu, Xorvatiya 7 cavabsız qol vurdu

00:29

Əliyar Ağayev "Lujniki"də avtoqol qeydə aldı, 4 vərəqə göstərdi

06 phrase_var_core.june 2025
23:18

MY forvardını İtaliya nəhənginə sata bilər - MƏBLƏĞ

22:56

Yuriçin A Seriyası klubuna təyinatı rəsmiləşdi

22:17

Assinyon Bundesliqa klubunda - RƏSMİ

21:40

Azərbaycan millisi Qazaxıstana qalib gəldi

21:05

"Seçmə mərhələyə hazırlaşmaq üçün yaxşı zəmindir" - AFFA-nın baş katibi

20:39

AL-in son qalibi qovuldu - RƏSMİ

20:13

"Meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq" - Fernandu Santuş

19:55

Azərbaycan millisini Riqada neçə azarkeş dəstəkləyəcək?

phrase_var_core.fb
X