"Bu turnir əvvəlkilərdən fərqlənir. Nəticəsi bizə çox faydalı ola bilər”.
Fanat.Az xəbər verir ki, bunu millimizin yarımmüdafiəçisi Qara Qarayev Millətlər Liqasında Kosovoya qarşı keçirəcəkləri oyundan öncə düzənlənən mətbuat konfransında deyib.
26 yaşlı yarımmüdafiəçi yaxşı çıxış etmək üçün əllərindən gələni edəcəklərini bildirib. O, Kosovo yığmasını belə dəyərləndirib:
"Rəqibi yaxşı tanıyır, hansı gücə və potensiala malik olduqlarını bilirik. Düşünürəm ki, idman şansı yanımızda olsa, uğur əldə edəcəyik".
Qarayev motivasiya sarıdan problemlərinin olmadığını da vurğulayıb: "Bu turnir bizim üçün tam fərqli həyəcan yaradıb. Millətlər Liqası yeni bir eradı. Motivasiyamız - məqsədimizin eyni olması, futbol ictimaiyyətinin bizdən daha yaxşı nəticə gözləməsidi. Motivasiya baxımından problem yoxdu".
"Qarabağ"da çıxış edən oyunçu Moldova "Şerif"i ilə Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra azarkeşlər barədə dediklərinin yanlış anlaşıldığını əlavə edib: "Azarkeşlərə ismarıc göndərməmişəm, onları daha çox dəstək olmağa çağırmışam".
Fanat.Az