Millətlər Liqasının qolsuz bərabərliklə bitən Azərbaycan - Kosovo oyunundan sonra qonaq komandanın yarımmüdafiəçisi Hekuran Kryueziu açıqlama verib.
Fanat.Az xəbər verir ki, İsveçrənin "Sürix" klubunda oynayan 25 yaşlı futbolçu Bakıda məqsədlərinə çatdıqlarını söyləyib:
"Hədəfimiz yalnız qələbə deyildi. Əsas məqsədimiz rəqib meydanında uduzmamaq idi. İlk matçımızda məqsədimizə nail olduq. Bizdən qələbə gözləyənləri anlayıram. Ancaq səfərdə yenilməmək də yaxşı nəticədi. Oyunu müdafiədən qurduq. Azərbaycanın hücumda istədiyini etməsinə imkan vermədik".
Fanat.Az