"Neftçi"nin futbolçusu Soni Mustivar Haiti millisinin heyətində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi CONCACAF Millətlər Liqasının Sent-Martinlə oyununda iştirak edib. Oyun Haitinin 13:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçında sonadək meydanda olan Soni Mustivar 86-cı dəqiqədə komandasının 12-ci qolunu vurub.
Haiti millisinin Azərbaycanda oynayan digər üzvü, "Qarabağ"ın futbolçusu Donald Geryə qarşılaşmada sona qədər meydanda olub.
Qeyd edək ki, Soni Mustivar 2 ildən sonra yığmaya dəvət alıb və milli formanı 10-cu dəfə geyinib.
Fanat.Az