Ukraynanın U-17 millisinin çalışdırıcısı Vladimir Yezerski Azərbaycanın uyğun yaş qrupu üzrə yığması üzərində qazandıqları 7:0 hesablı qələbəni şərh edib.
Fanat.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, dünən Kiyevdə baş tutan sınaq qarşılaşmasında təmsilçimizi rüsvay edən rəqibin baş məşqçisi belə deyib:
"Rəqibin daha maraqlı olmasını istəyərdim. Ancaq istənilən komandayla üz-üzə gəlmək bizim üçün təcrübədi. İlk yarıda rəqib ikinci hissədəkindən yaxşı görünürdü. Fikrimcə, uşaqlar oyundan həzz aldılar. Cümə axşamı bu komanda ilə daha bir görüşümüz var. Qarşıdakı başqa oyun olacaq. Məncə, Azərbaycan yığması nəticə çıxarar”.
Fanat.Az