Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da səfərdə Norveçin U-21 seçməsi ilə üz-üzə gələcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Bakıda mətbuat üçün açıq məşqi olacaq.
Fanat.Az xəbər verir ki, oktyabrın 12-də, saat 17:00-da, "Bayıl Arena”da başlayacaq məşqdən əvvəl – saat 16:30-da baş məşqçi Rəşad Sadıqov və futbolçular jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, millimiz Norveçə oktyabrın 13-də uçacaq.
Fanat.Az