"Malta kimi ölkə üçün asan oyun olmur. Sabahkı matç da çətin keçəcək. Amma bizim öz planlarımız var. Taktiki cəhətdən yaxşı hazırlaşmışıq və əhval-ruhiyyəmiz yüksəkdi".
Fanat.Az xəbər verir ki, bunu Malta yığmasının kapitanı Andre Acus UEFA Millətlər Liqasının IV turunda Azərbaycan millisi ilə oyundan əvvəl deyib.
Müdafiəçi Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında bildirib ki, D liqasının III qrupunda yer alan komandalardan Kosovo və Azərbaycan daha güclüdü: "Kosovonun tezliklə C səbətinə yüksələcəyini düşünürəm. Bizə gəlincə, üzərimizdə çalışmalıyıq ki, inkişaf edək. Yeni fazaya qədəm qoymuşuq. Komandamız güclənəcək. Hər bir Malta vətəndaşı da bizə dəstək olmalıdı. Qrupda hər 3 matçda qol vursaq da, sonuncuyuq. Səhvlərimizin üzərində işləməliyik. Psixoloji cəhətdən problem yoxdu. Sabahkı görüşə tam hazırıq".
Fanat.Az