21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi noyabr ayında iki yoldaşlıq oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, Rəşad Sadıovun baş məşqçi olduğu komanda noyabrın 15-də, saat 20.00-da, "Dalğa Arena”da Ukrayna seçməsi ilə qarşılaşacaq.
4 gün sonra - noyabrın 19-da isə Zeniça səhərində Bosniya və Herseqovina yığması ilə yoldaşlıq oyunu təşkil olunacaq. Bu oyunun keçiriləcəyi stadion və başlanma vaxtı ilə bağlı məlumat veriləcək.
Fanat.Az