23:55 17.11.2018 1673

Qurban Qurbanov: "Paltardəyişmə otağında dedim ki..."

"Futbolçularımı təbrik edirəm. Qalibiyyət bizim üçün çox vacib idi. Sevinirik ki, hər şey istədiyimiz kimi oldu. Azarkeşlərimizə təşəkkür edirəm. Çoxdandı evdə qələbəmiz yox idi. İlk dəqiqələrdən rəqib fərqli sistemdə oynadı. Buna da hazırlaşmışdıq. Amma ikinci hissədə dəyişiklik etdilər. İkinci hissənin əvvəlində sistemə görə, oyuna tam nəzarət edə bilmədik. Amma getdikcə hər şey düzəldi. İndi qarşıda vacib səfər oyunumuz olacaq. Kosovoda mütləq qələbə lazımdı. Paltardəyişmə otağında da futbolçulara bildirdim ki, hamısına güvənirəm. Səfərə qələbə istəyi ilə gedəcəyik. İnanıram ki, futbolçularım bunu bacaracaq. Bacarmasalar belə, güclərini artıqlaması ilə meydanda qoyacaqlar”.
 
Fanat.Az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov evdə Farer adalarına 2:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının V tur matçından sonra mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Kosovo ilə matçda mütləq qələbə arzusu oyununuza necə təsir edə bilər?
- Futbolçular bu matçın vacibliyini dərk edirlər. İnanmıram ki, bu amil onlara mənfi təsir etsin. Əksinə, belə anlar komandanı daha da möhkəmlədir. Son oyunumuz olacaq. Hər biri çəkinmədən ən yaxşı oyununu keçirəcək.
 
- İlk dəfə sizin rəhbərliyiniz altında millidə oynayan futbolçu Mirabdulla Abbasov var idi. Ondan razı qaldınızmı?
- İlk dəfədir bir yerdə çalışdıqlarım var idi. Amma ayrılıqda hamısını tanıyıram. Bu gün yalnız Mirabdulla meydana çıxdı. Vaxt az olsa da, pis təsir bağışlamadı. Hər birindən razıyam və bu komandada böyük həvəslə oynamağa hazırdırlar.
 
- Yığma ilk dəfə idi ki, bu qədər künc zərbəsi qazandı. Amma yalnız son dəqiqələrdə çərçivəyə gedən zərbə var idi...
- Qol olmasa da, ümumilikdə pis alınmadı. Həm dünən, həm də bu səhər bunun üzərində çox çalışmışdıq. Bir neçə nöqtə var idi ki, ora ötürmə verməyə çalışırdıq. Rəqibin müdafiəçiləri də uca boyludurlar. Necə hazırlaşmışdıqsa, futbolçular o cür də oynadılar. Kosovoda ola bilər ki, 1-2 künc zərbəsindən istifadə edə bilək.
 
- Bəzi futbolçular sarı vərəqə limitinə yaxın idi. Onları sona qədər meydanda saxlamaq risk deyildi?
- Bəzi dəyişikliklər edə bilərdik. Amma Kamran Ağayev və Pavel Paşayevin zədələnməsi planlarımızı pozdu. 
 
- Demək olar ki, optimal heyət formalaşıb. Amma qısa müddət sonra Kosovo ilə səfər oyunu var. Bu heyətin gücü çatacaqmı?
- Rəqibin oyununu bilirik. Amma yenə də onların son matçına bir də baxacağıq. Hansı heyət uyğundursa, o cür də meydana çıxacağıq. Futbolçuların oyuna kimi olan durumu vacib olacaq. Kamran və Pavelin oynayıb-oynamayacağı bilinmir. Bəzi oyunçuların da mikrozədələri var idi. Statistikaya baxacağıq. Lazım olsa, dəyişiklik edəcəyik. 1-2 dəyişiklik gözlənilir.
 
- Qrupdan çıxmaq əsas məqsəddir, yoxsa minimum?
- Hansı turnirdə iştirak ediriksə, maksimum nəticə əldə etməyə çalışmışam. Bunun alınıb-alınmadığını deyə bilmərəm. Son tur öncəsi hələ də şansımız var. Qalib gəlsək, qrup birincisi olacağıq. Alınmasa... Bu barədə düşünmürəm. Futbolçularla söhbətim oldu ki, başqa düşüncəmiz olmamalıdır. Optimal oyun və xarakter göstərməliyik.
 
- Oyun günü Kosovoda hava 0 dərəcə olacaq. Bu sizə problem yaratmayacaq?
- Statistikalar pis deyil (gülür). Farer adalarında da hava şəraitini görmüşdünüz. Futbol üçün xoş olmayan hava idi. Təbiətdə pis hava yoxdu. Amma çalışırıq ki, havaya uyğun hazırlaşaq. Belə halda da futbolçuların köklənməsi yaxşı olur.
 
- Bu gün həmişəkindən nikbin görünürsünüz. Bunun xüsusi səbəbi var?
- Həmişə iddialı olmuşuq. Bəzi oyunlarda iddialı olmaq daha çox lazım olur. Səfərə o hisslərlə getmək istəyirəm. Futbolçularım döyüş əzmini hiss etsinlər. Təbii ki, futbol qaydalarını yaddan çıxarmamaqla. Bizi ancaq qələbə qane edir. Bu üzdən inamlı olmalıyıq. 
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

Facebookdan bizi izləməyi unutmayın.
X