Milli komandamızın üzvü Rüfət Dadaşov UEFA Millətlər Liqasının Kosovo ilə oyununda zədələnib.
Fanat.Az Almaniyanın "Bild” nəşri istinadən xəbər verir ki, bu barədə III Bundesliqa klubu "Proyssen”də çıxış edən 27 yaşlı hücumçunun durumu haqda komandanın baş məşqçisi Marko Antverpen açıqlama verib.
O, Dadaşovun zədəsinin ciddi olmadığına və hücumçunun "Braunşveyq"ə qarşı oyunda iştirakına ümid etdiyini deyib.
Qeyd edək ki, Kosovo ilə oyunun start heyətində meydana çıxan R.Dadaşov fasilədən sonra Əfran İsmayılovla əvəzlənib.
Fanat.Az