Meksika yığmasının yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, komanda argentinalı mütəxəssis Cerardo Martineyə həvalə olunub.
Meksika Futbol Federasiyasından verilən açıqlamada, DÇ-2018-dən sonra baş məşqçi postundan ayrılan Xuan Karlos Osarionun yerinə 56 yaşlı Martinonun gətirildiyi bildirilib.
Bir dönəm İspan klubu "Barselona" və Argentina yığmasını da çalışdıran Martino, ötən mövsüm çalışdırdığı ABŞ klubu "Atlanta Yunayted"i MLS çempionu etmişdi.
Fanat.Az