21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasında baş məqşçi təyinatı gerçəkləşib.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifə Milan Obradoviçə həvalə olunub.
Qeyd edək ki, Milan Obradoviç 3 avqust 1977-ci ildə keçmiş Yuqoslaviyanın paytaxtı Belqradda (hazırda Serbiyanın paytaxtı) anadan olub. Futbolçu karyerası ərzində Serbiyanın "Radniçki", "Obiliç", OFK, "Partizan", Rusiyanın "Lokomotiv" (Moskva), Almaniyanın "Borussiya" (Münhenqladbax), Yunanıstanın "Akratitos", Ukraynanın "Metallist" (Xarkov) və "Arsenal" (Kiyev) klublarında oynayıb, Yuqoslaviyanın U-21 və əsas millilərində çıxış edib.
Məşqçiliyə Serbiyanın "Napredak" klubunda (2015-ci il) köməkçi kimi başlayan mütəxəssis daha sonra Sloveniya təmsilçisi "Koper"də (2015-2016) eyni vəzifəni tutub. 2016-cı ildə bu komandanın baş məşqçisi olan 41 yaşlı Obradoviç son olaraq Serbiya U-19-nu (2017) çalışdırıb.
Fanat.Az