Çin milli komandasının baş məşqçisi Marçello Lippi istefa verib.
Fanat.Az xəbət verir ki, 71 yaşlı mütəxəssis komandanın Asiya Kubokunun 1/4 final mərhələsində İran yığmasına 0:3 hesablı məğlubiyyətindən sonra qərarını açıqlayıb:
"Bununla da Çin yığması ilə müqaviləm baş çatır. Çin kimi ölkənin milli komandasına rəhbərlik etmək mənim üçün şərəf idi. Komandanın güclü olması üçün əlimdən gələn hər şeyi etdim. Hər kəsə dəstəyə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, 2006-cı ildə İtaliya millisi ilə dünya çempionu olan Lippi 2016-cı ildən Çin yığmasına rəhbərlik edirdi.
Fanat.Az