13:55 25.01.2019 1560

İngiltərə klubunun futbolçusu: "Məqsədim Azərbaycan millisinin bombardiri olmaqdı"

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasına İngiltərənin səviyyəcə beşinci sayılan Milli Liqasında çıxış edən "Fayld” klubundan dəvət alan Serhat Taşdemirin "Report”a müsahibəsi...

- Türkiyədən İngiltərəyə köçən ailənin övladısınız. Azərbaycan millisinə gəlişiniz necə baş tutdu?
- Bir müddət əvvəl U-19 yığmasının baş məşqçisi Vüqar Məmməd mənimlə əlaqə saxladı və Azərbaycan millisində oynamağı təklif etdi. Ailəm və menecerimlə danışdıq, birgə qərar verdik. Onlar da mənim Azərbaycan millisində oynamağımı dəstəklədilər.

- Azərbaycanla bağlılığınız var?
- Atam Türkiyənin Bayburt şəhərindəndir. Soykökümüzdə Azərbaycana bağlılıq var və ona görə də Azərbaycana olan sevgim həddindən artıq çoxdur.

- "Fayld”da oynasanız da, İngiltərənin "Blekbern Rovers” klubunun yetirməsi sayılırsınız...
- Bəli, "Tuqay” ləqəbini də orada almışam. Bildiyiniz kimi, Türkiyə millisinin sabiq oyunçusu olan Tuqay Kərimoğlu uzun illər "Blekbern Rovers”də çıxış edib, bu klubun əfsanlərindən sayılır. Karyerasını bitirdikdən sonra klubun akademiyasında çalışıb. Məni ona bənzətdikləri üçün bu cür ləqəb veriblər. Həmin vaxt orta sahədə çıxış edirdim. İndi isə hücumçu ampluasındayam.

- Kərimoğlu ilə şəxsi tanışlığınız var?
- Bəli, tanışıq. Məşqlərimizə gəlirdi və mənimlə tez-tez görüşürdü. Ondan çox şey öyrəndim, mənə çatışmazlıqlarımı söyləyirdi. O, Türkiyəyə döndükdən sonra əlaqəmiz kəsildi.
 
- İyulun 21-də 19 yaşınız tamam olacaq. Klubunuzun saytında "Fayld”ın tarixinə ən gənc qol vuran futbolçu kimi düşdüyünüz qeyd olunub...
- Düzdür, 2017-ci ilin sentyabrında "Bromli” ilə matçda 16 yaş 110 günlüyümdə fərqlənmişəm. Elə həmin il klubla ilk peşəkar müqaviləmi bağlamışam. İlk mövsüm mənim üçün çox uğurlu oldu, 28 oyunda 5 qol vurmaqla yanaşı, 4 məhsuldar ötürmə etdim. Bununla da klubun tarixinə ən gənc bombardir kimi düşdüm. Üstəlik, baş məşqçimiz Deyv Çallinor tərəfindən 2017/2018 mövsümünün ən yaxşı gənc oyunçusu seçildim. Cari çempionatda da 4 qolum var. Klubum qədim tarixə malik olmasa da, hədəfləri böyükdür. 2022-ci ilədək mümkün olduğu qədər daha üst liqalara çıxmaq istəyirik.

- Niyə Türkiyə və ya İngiltərə yığmalarından dəvət gözləməyi yox, Azərbaycan millisində oynamağı seçdiniz?
- İngiltərə millisindən təklif alacağım müzakirə olunurdu. Hətta "Sky Sports”da bu barədə xəbərlər çıxmışdı, amma çağırılmadım. Türkiyədən isə heç vaxt maraqlanmayıblar. Belə bir durumda Azərbaycandan təklif gəldi və mən də məmnuniyyətlə qəbul etdim. Artıq milliyə alışmışam.

- Özü də çox tez. Antalya toplanışında iştirak etdiyiniz ilk iki oyunda fərqləndiniz...
- Buna görə çox sevinirəm. Həm Rusiyanın "Krasnodar-3”, həm də Küveytin U-19 yığması ilə 1:1 hesablı heç-heçə etdiyimiz yoxlama matçlarında qol vurdum. Fərqlənmək əladır. Lakin əsas məqsədim komandama faydalı olmaqdır.
 
- Milliyə gələnə qədər Azərbaycan barədə nə bilirdiniz?
- Anamla atam həm Türkiyə, həm də Azərbaycan haqqında çox xoş sözlər söyləyiblər. İngiltərədə doğulub-böyüsəm də, Azərbaycanla bağlı yetərincə məlumatlıyam. Zamanla komanda yoldaşlarıma daha da çox uyğunlaşacağıma, dostlaşacağıma inanıram.

- Azərbaycanlı futbolçulardan kimləri tanıyırsınız?
- Rəşad Sadıqov ən çox tanınan oyunçudur. Milli komandada hamıdan çox forma geyinmiş kapitandır. Araz Abdullayev və Kamran Ağayevi də tanıyıram.
 
- Azərbaycan millisində şəxsi hədəfləriniz nədir?
- Hər şeydən əvvəl martda keçiriləcək elit-raundu düşünürəm. Bu turnir bizim üçün çox önəmlidir. Növbəti mərhələyə vəsiqə qazanmağımız üçün əlimdən gələni edəcəyəm. Gələcəkdə Azərbaycanın U-21 və əsas yığmasından dəvət gələcəyi təqdirdə də məmnuniyyətlə oynayacağam. Bir hücumçu kimi məqsədim Azərbaycan millisinin bombardiri olmaqdır.

- Hansı klubun formasını geyinməyi xəyal edirsiniz?
- "Mançester Yunayted”in.

- Azərbaycan klublarından yaxşı təklif gəlsə, qəbul edərsiniz?
- Futbolda hər şey mümkündür. Necə olacağını zaman göstərəcək.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

Facebookdan bizi izləməyi unutmayın.
X