"Barselona"nın superulduzu Lionel Messi yenidən Argentina yığmasına qayıda bilər.
Fanat.Az xəbər verir ki, forvard artıq baş məşqçi Lionel Skaloni ilə müzakirələr aparıb və niyyətini açıqlayıb. Futbolçu Venesuela ilə yoldaşlıq matçında meydana çıxa bilər. Görüş martın 22-də Madriddə baş tutacaq.
31 yaşlı "tanqoçu" 2018-ci ilin yayında keçirilən dünya çempionatından sonra millidəki çıxışlarına fasilə vermişdi.
Fanat.Az