18:11 02.02.2019 2096

AFFA-nın menyusuna: Qətər də neft ölkəsidi

Final oyununun keçirildiyi BƏƏ-də tarix yazan Qətər millisi azarkeşsiz oynayıb. İki ərəb ölkəsi arasında turist qadağası var. Bir Qətər vətəndaşı BƏƏ-yə getmək üçün həm viza, həm də xüsusi razılıq almalıdı. Maraq üçün qeyd edək ki, bu üzdən Asiya Futbol Konfederasiyasının vitse-prezidenti də ölkəsinin dünyanı təəccübləndirdiyi görüşü canlı izləyə bilməyib.

Baş məşqçi Feliks Sançes Asiya Kubokunun startına bir həftə qalmış hədəflərinin baş mükafatı başları üzərinə qaldırmaq olduğunu söyləyəndə, çoxları ciddiyə almamışdı. Amma FİFA-nın reytinq sıralamasında 98-ci yerdə qərarlaşan seçmə finalda Asiya nəhəngi sayılan Yaponiyanı devirdi. Bəli, ərəblər "samuraylar"ı bütün komponentlərdə üstələyərək oyunuyla haqq etdiyi zəfərə imza atdı. 3:1 hesablı parlaq uğur hansısa təsadüf yox, gəcələcəyə hesablanmış ağıllı planın nəticəsi idi!

Uğurun təməli düzgün seçim və doğru inkişaf yolunun müəyyənləşdirilməsidi. Dohada 2004-cü ildə tikilən nəhəng Aspire idman kompleksi həm dünya idmançılarının hazırlıq mərkəzi, həm də yerli idmanın çiçəklənməsi üçün inşa edilib. "Barselona”nın "La Masiya” akademiyasında məşqçi kimi işləyən Sançes Qətərə gətirilib və "Aspire”də yaxşı şəraitlə təmin edilib. 



2006-cı ildən qətərli uşaqlarla çalışan ispan mütəxəssis hələ 4 il əvvəl gördüyünü dərk etməyi bacaranlara "daha böyük ilklər gözləyin” mesajı vermişdi. Bəli, 2013-cü ilə qədər Aspira Akademiyasında istedadlı, çalışqan yerlilərə "Barsa” fəlsəfəsi aşılayan adam nəhayət, yetirmələrinin çoxunun nəyə qadir olduğunu göstərə bilmişdi. Qətərin U-19 yığması Sançesin və onu ərəb ölkəsinə gətirənlərin əməyini yerə vurmayaraq 2014-cü ildə Asiya çempionu adını qazanmışdı. Həmin U-19-un heyətinin böyük qismi Yaponiyanı yenən komandanın sıralarındaydı.



AFFA üçün gözəl nümunədi. "Aspire” boyda infrastruktur olmadan belə, mərhələli inkişaf strategiyası sayəsində Azərbaycan millisini indikindən 2 dəfə yüksək səviyyəli yığmaya çevirmək olardı. Berti Foqts və Robert Prosineçkinin ardından nəhayət, Qurban Qurbanovla iş birliyinə qərar verən və 1 il keçməmiş fikrini dəyişən assosiasiya məmurlarının qərarsızlığı, yarımçıqlığı bir sözlə səriştəsiliyi mövcud durumun əsas səbəbi deyilmi?
 
Şübhəsiz, nə qətərli uşaqların fiziki göstəriciləri futbola daha uyğundu, nə də odlar yurdunun övladları yararsızdı. Boynuna götürdüyü işin öhdəsindən gəlməyənlər yerli futbol qurumundakı işbilməzlərdi. "Almanlaşma”dan komitələşməyə, komitələşmədən şuralaşmaya, şuralaşmadan da komitəbirləşdirməyə keçmək hələ iş görmək deyil. Dünən "niyə də yox” adlı sabun köpüyü təsadüflər ardıcıllığına -  Prosineçkili millinin DÇ-2018-in seçmə mərhələsində keçirdiyi ilk 3 matçda 7 xal qazanmasına lətifə oldusa, bu gün baş katib Elxan Məmmədov AÇ-2020-nin final mərhələsinə qatılmaqdan dəm vurur. Hansı sistemə, hansı səmərəli fəaliyyətin nəticəsinə, hansı milli futbolçu potensialına, hansı "oturuşmuş”, ailə abu-havasında cilalanmış heyətə güvənərək danışır? Gerçək hədəfdən daha çox yalana bənzəyən, "təmizləmə əməliyyatı”na haqq qazandırmaq cəhdinə oxşayan, əvvəlki "nəğmələr”i xatırladan yeni gedişlərdən çarəsizlik və təkəbbürlülük boylanır. Hə, Azərbaycan futboluna da onurğa - akademiya lazımdı. Ancaq AFFA-nın vitse-prezidenti Rauf Əliyevin Berlində açdığı akademiyadan yox. Heç assosiasiyanın nəzdində ən yaxın keçmişdə fəaliyyət göstərən və qısa zaman kəsiyində ləğv olunan futbol dərnəyi də şəffaf məqsədlərin cücərtisi deyildi. 



Azərbaycan futbolunda maliyyə problemi yoxdu. Belə desək, AFFA dollar dənizində üzür. Axı Azərbaycan da Qətər kimi təbii sərvətlərə - neft və qaz yataqlarına sahibdi. 2 milyondan bir qədər artıq əhalisi olan körfəz ölkəsində qurulmuş komanda xərclənən milyonların yox, düşünən başların məhsuludu. Bu həm də uşaq yaşlarından futbolun sirlərini öyrətdiyi futbolçuları addım-addım dünənki nəticəyə yaxınlaşdıran ispandan faydalana bilənlərin mükafatıdı. Bəs bizdə mənzərə necədi? Daxili hakimiyyət çəkişmələri "göz oxşayır”, saysız-hesabsız "torbatikmə” əməliyyatları media və xalqı futboldan iyrəndirir, şəxsi mənfəətlərin ön plana çıxması qıcıq doğurur... 

Qətərin Asiyada, Azərbaycanın isə Avropada mübarizə apardığını, bu iki qitənin futbolunun bir-birindən nə ilə fərqləndiyi hamıya bəllidi. Fəqət əmin olun ki, doğru siyasətin qitə məsələsinə heç bir aidiyyatı yoxdu. Məsələn, Avropada da İslandiya nümunəsi mövcuddu. Lap Millətlər Liqasında AFFA-ya yol göstərən kollektivin -  yeni müstəqillik qazanmış Kosovonun təmsilçisinin də adını çəkə bilərik.

"Şüşəli saray”da kök atmış Məmmədov və əlaltılarına mətbuatın özünə hörmət edən qisminin haqlı tənqid yağdırması qayaya qoz atmaq kimidi. Atmaqla yapışmaz. "Yuxarılar”ın AFFA-dakı təsadüfi adamları gec də olsa tanıması, assosiasiyaya yeni düzən verilməsi labüddü. Bu gedişlə, 10 il sonra da nəsə dəyişməyəcək. 

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

Facebookdan bizi izləməyi unutmayın.
X