10:19 15.02.2019 1758

Qurban Qurbanovun oğlu: "Əsas məqsədimiz qrupdan çıxmaqdır"

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri İspaniyanın "Ranero” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə yoxlama oyunu ilə bağlı danışıblar.

Fanat.Az xəbər verir ki, futbolçular 6:1 hesabı ilə   qalib gəldikləri matçdan sonra AFFA-nın saytına fikirlərini bildiriblər:

Musa Qurbanlı: "Komandada yaxşı ab-hava var. İlk oyunda İspaniya yığması kimi güclü komandaya qarşı oynadıq. Uduzsaq da, layiqli mübarizə apardıq. "Ranore” ilə oyuna gəlincə, qələbə qazanmaq həmişə xoşdur. Qarşıda bizi Şotlandiya yığması ilə çətin oyun gözləyir. Həmin oyunda da maksimum nəticə qazanmaq istəyirik. Avropa çempionatının elit-raund mərhələsində İrlandiya, Rusiya, Rumıniya kimi güclü komandalarla qarşılaşacağıq. Onlara qarşı da var gücümüzlə mübarizə aparacağıq. Təbii ki, əsas məqsədimiz qrupdan çıxmaqdır. İnanıram ki, bu təlim-məşq toplanışında əldə etdiyimiz təcrübə elit-raundda bizə faydalı olacaq”.
 
Zahid Mərdanov: "Oyuna yaxşı köklənmişdik. Sevindirici haldır ki, meydanı böyükhesablı qələbəy ilə tərk etdik. İstədiyimiz oyunu nümayiş etdirib qalib gələ bildik. Uzun müddət idi zədədən əziyyət çəkirdim. Oyun təcrübəsinin azlığı istər-istəməz çıxışıma təsir etdi. Bununla belə, məşqlərdə səylə çalışıram. Ən qısa zamanda formamı tam bərpa edib komandaya daha çox faydalı olacağam”.
 
Nail Alışov: "Komanda olaraq Avropa çempionatının elit-raund mərhələsinə səylə hazırlaşırıq. Təlim-məşq toplanışı çərçivəsində İspaniya, Şotlandiya yığmaları kimi güclü rəqiblərlə qarşılaşırıq. Bugünkü oyuna gəlincə, sevindirici haldır ki, komanda böyükhesablı qələbə qazandı. İlk hissədə uşaqlarda bir qədər gərginlik olsa da, sonradan toparlanmağı bacardılar. Bu qələbə futbolçuların özünə olan inamı daha da artırır. Hesab edirəm ki, hər bir futbolçu özünü yaxşı tərəfdən göstərə bildi”.

Qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı sözügedən  matçda  poker edib. Yığmamızın digər qollarını isə  İdris İnqilablı və Kamran Quliyev vurub.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

Facebookdan bizi izləməyi unutmayın.
X