"Başlanğıcın bizim üçün uğurlu olacağına
inanıram. Hər iki matçda
ən yaxşı oyunumuzu göstərə bilərik. Seçmə mərhələni istədiyimiz kimi bitirmək
üçün Azərbaycan və Macarıstanla oyunlarda 6 xal qazanmalıyıq".
Fanat.Az-ın məlumatına görə, bu sözləri Xorvatiya
millisinin hücumçusu Yosip Brekalo deyib. Martın
21-də AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda Azərbaycanla keçiriləcək oyun
haqda danışan "Volfsburq"un 20 yaşlı futbolçusu həmyerlisi Nikola
Yurçeviçin millimizə təyinatına da münasibət bildirib:
"Azərbaycan yığması ilə bağlı xəbərləri izləyirdim.
Onlar yeni baş məşqçi axtarırdılar. İlk oyunda bizimlə qarşılacaqlar. Yurçeviçi
milliyə gətirməklə hiyləgər addım atdılar. O, Xorvatiya millisini yaxşı
tanıyır, daim bizi izləyir və komandamızla bağlı bütün məlumatlar onda var.
Amma keyfiyyət baxımından üstünlük bizdədir. Öz oyunumuzu oynaya bilsək,
heç bir problem olmamalıdır".
Fanat.Az