"İtkilərə görə çox təəssüflənirəm. Hər halda əla futbolçulara sahibik və onlarla çox iş görə bilərik".
Fanat.Az-ın məlumatına görə, bunu Xorvatiya yığmasının 22 yaşlı futbolçusu Nikola Vlaşiç deyib.
Yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında komandasının AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi ilk oyunlar barədə fikir bildirib: "Azərbaycanla oyuna ciddi yanaşmasaq, asan olacağını düşünsək, rəqib bizə təhlükə yaradar. Macarıstanla isə Budapeştdə oynamaq isə hər kəs üçün çətindi. Seçmə mərhələyə 6 xalla başlamaq istəyirik. Doğrudu, rəqiblərdən daha üstün səviyyədə görünürük və ambisiyalı komandayıq. Ancaq gücümüzü meydanda göstərməliyik. Bunun üçün çox çalışmalıyıq".
Qeyd edək ki, martın 21-də yığmamızla "dogma divarlar” arasında qarşılaşacaq "dama-damalar” bundan 3 gün sonra Macarıstanla rəqib meydanında üz-üzə gələcək.
Fanat.Az